"Neftçi”nın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan "Partizan” klubu Serbiya çempionatında II turun oyununa çıx;b. Sportnet.az-ın məlumatına görə, rəqib "Radniçki” komandası olub.
Niş şəhərində baş tutan qarşılaşma Belqrad komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. "Partizan"ın qollarını 1-ci dəqiqədə Petar Qrbiç, 27-ci dəqiqədə Danko Lazoviç, Branislav Corceviç, 68 (avtoqol) və 75-ci dəqiqədə Petar Skuletiç vurub.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Partizan" (Serbiya) - "Neftçi" (Azərbaycan) oyunu isə avqustun 21-də Belqradda keçiriləcək.