Yığma üzvləri Novoqorsk yaxınlığındakı komfort oteldə qalacaqlar. Klubun idman direktoru Quram Acoyev bildirib ki, Rusiya Futbol İttifaqı məşq bazasından istifadə qarşılığında "Dinamo"ya vəsait ödəməyəcək: "Rusiya yığmasını qəbul etmək bizim üçün şərəfdir. Amma deyim ki, milli komanda bazamızda yalnız məşq edəcək".
Qeyd edək ki, sentyabrın 3-də "Ximki Arena"da keçiriləcək Rusiya - Azərbaycan matçı saat 20:00-da başlanacaq.