Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiyanın paytaxtı Belqradda "Partizan”la "Neftçi” arasında keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı baş tutub. Sportnet.az-ın məlumatına görə, tədbirdə "Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev oyun haqda fikirlərini bildirib.
O, hazırkı "Partizan”ı yaxşı tanıdıqlarını deyib: "Bu komanda ciddi rəqibdir, güclü futbolçuları var. "Partizan"la 2 il əvvəl qarşılaşmışdıq. Üstəlik, komandanın son oyunlarını da izləmişəm. Bu "Partizan” 2 il əvvəlkindən qat-qat güclüdür. Fikrimcə, cütün taleyi Bakıdakı oyunda həll olunacaq. Komandamıza inanıram. Ümid edirəm ki, azarkeşlər sabah maraqlı qarşılaşmanın şahidi olacaqlar”.
Qeyd edək ki, mətbuat konfransından sonra "Neftçi”nin məşqi keçirilib.