"Oyunun gedişini avtoqollar müəyyənləşdirdi. Bizi erkən qollar da arxayınlaşdırdı. Düşünürəm ki, belə tezliklə 2 top fərqi ilə irəli çıxmasaydıq, daha yaxşı olardı". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Serbiyada "Partizan"la Avropa Liqasının ilk "pley-off" matçından sonra deyib.
O, hazırkı "Neftçi"ni 2 il əvvəl Avroliqanın qrup mərhələsində də üz-üzə gəldikləri "Partizan"la müqayisə etməkdən yayınıb. Əvəzində Stamenkoviç təriflər yağdırıb: "İlk növbədə, "Partizan"ın oyunçu və məşqçi heyətinə oyunöncəsi davranışları və dürüst açıqlamaları ilə əlaqədar minnətdarlıq etmək istərdim. Bizim Bakıda qalib gəlmək və Avroliqanın qrup mərhələsinə yüksəlmək imkanlarımız daha yüksəkdir. Fikrimcə, Azərbaycan xalqı daha bir tarixi nailiyyətə imza ataraq, qrup mərhələsində təmsil olunmağa layiqdir. Bakıda bizi irəli götürəcək qələbə qazana bilərik".
Qeyd edək ki, "Partizan" - "Neftçi" matçından meydan sahibləri qalib gəlib - 3:2. Cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |