Bolqarıstanın "Bayk Plus Ltd” şirkətinin rəhbəri Borislav Kolevin Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyü ilə əlaqədar mütəxəssis kimi fəaliyyətinə son qoyulub. Bu barədə Sportnet.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov açıqlama verib.
İsmayılovun sözlərinə görə, Kolevlə müqavilə ötən gün başa çatsa da, onunla əməkdaşlığın davam etdirilməyəcəyindən hələ bir həftə öncə məlumatlandırılıb. Direktor səbəb kimi stadionun ot örtüyünün pis vəziyyətə düşməsini göstərib: "Avqustun 30-da "Qarabağ"ın Avstriya "Zalsburq"u ilə keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşü zamanı meydanın vəziyyəti yaxşı idi. Sonradan Kolev hansı dərmanları verdisə, ot örtüyü korlanmağa, üzərində xallar əmələ gəlməyə başladı. Əvvəllər də eyni halın dəfələrlə təkrarlandığını və narazılıqları nəzərə alaraq, onunla əməkdaşlığa son verdik".
Arena rəhbəri artıq İngiltərədən gələn mütəxəssislərlə əməkdaşlığa başladıqlarını bildirib. İsmayılov həmin mütəxəssisilərin "Bakcell Arena" və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionlarının ot örtüyünə də qulluq etdiklərini, ölkəmizdə müəyyən iş təcrübəsinə malik olduqlarını vurğulayıb: "Dünən "Qarabağ"ın "Tvente" ilə matçını AFFA-nın prezidenti Rövnəq Abdullayevlə yanaşı, gənclər və idman naziri Azad Rəhimov da izləyirdi. Azad müəllim mənə tapşırıq verdi ki, ingiltərəli mütəxəssislərlə müqavilə bağlayaq və nazirlik lazımi məbləğdə vəsaiti ayırsın".
Qeyd edək ki, Borislav Kolev Respublika stadionunda işə 2 il öncə başlamışdı.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |