
Qolları 45+1-ci dəqiqədə penaltidən Şkuletiç, 67-ci dəqiqədə Danko Lazoviç, 76-cı dəqiqədə isə Markoviç vurub. Bu görüşdə cəza səbəbindən Marko Nikoliç baş məşqçi kimi texniki zonada yer almayıb. Əvəzində komandaya onun köməkçisi Zvonko Varqa nəzarət edib.
"Partizan" bu heyətlə mübarizə aparıb: Lukaç, Vuliçeviç, İliç, Stankoviç, Petroviç, Braşanats, Markoviç, Qrbiç (Lazoviç, 62), Jivkoviç, Marinkoviç (Saşa İliç, 54), Şkuletiç (Pantiç, 81)
Beləliklə, 3 turdan sonra xallarını 9-a çatdıran "Partizan" "Srvena Zvezda" ilə birgə turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, "Neftçi" ilə oyun avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
___________________________________________________________________________________________________________________________________
16:22. "Partizan" çətin durumda
Bu gün "Partizan” Serbiya çempionatında növbəti oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, Belqrad təmsilçisi doğma meydanda "Doni Srem”i qəbul edəcək.
Çempionata yaxşı başlayan "Partizan” ilk 2 turu qələbələrlə başa vurub. Növbəti qələbə "ağ-qaralar"ı "Srvena Zvezda"nın liderliyinə şərik edəcək. "Doni Srem" isə 1 qələbə və 1 məğlubiyyətlə hazırda 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Partizan" - "Donji Srem" matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.