
"Qarabağ"ı III təsnifat mərhələsində üstələməyi bacaran Avstriya "Zalsburq"unu İsveç "Malmö"sü darmadağın edərək, Çempionlar Liqasının qruplarına yüksəlib. İngiltərənin "Arsenal", Almaniyanın "Bayer" və İspaniyanın "Atletik" klubları da bu vəzifənin öhdəsindən gəlib. Ən gərgin qarşılaşma isə Bolqarıstanda baş tutub. Yerli "Ludoqorets" Rumıniya "Styaua"sının qapısına son anda yol taparaq, oyunu uzatma dəqiqələri və penaltilər seriyasınadək daşıya bilib. Daha sonra isə bu komanda penaltiləri daha dəqiq yerinə yetirərək, mərhələ adlayıb.
Qeyd edək ki, daha öncə Rusiyanın "Zenit", Portuqaliyanın "Portu", Belarusun BATE, Kiprin APOEL və Sloveniyanın "Maribor" klubları da istəklərinə nail olublar.
Qollar: Markus Rosenberq, 11 - penalti ilə; 84. Maqnus Eriksson, 19
İlk oyun - 1:2
23:45. "Ludoqorets" (Bolqarıstan) - "Styaua" (Rumıniya) - 1:0 (Penaltilərlə - 6:5)
Qol: Vanderson, 90
İlk oyun - 0:1
Qol: Aleksis Sançes, 45+1
İlk oyun - 0:0
Qollar: Arits Adurits, 61; 69. İbay Qomes, 74 - Marek Hamşik, 47
İlk oyun - 1:1
Qollar: Son Hönq-Min, 2. Hakan Çalhanoğlu, 7. Ştefan Kisslinq, 31 - penalti ilə; 65
İlk oyun - 3:2
23:45. APOEL (Kipr) – "Olborq” (Danimarka) - 4:0