1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bolqarıstan millisində dəyişiklik: Zədəlini dopinq cəzalısı əvəzlədi
Sentyabrın 9-da Azərbaycan milli komandası ilə 2016-cı il Avropa çempionatının seçmə qrup matçında üz-üzə gələcək Bolqarıstan yığmasının heyətində dəyişiklik edilib. Sportnet.az-ın Bolqarıstan Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, Rusiya "Amkar"ının müdafiəçisi Petr Zanev zədələrdən şikayətləndiyi üçün dəvətlilər siyahısından çıxarılıb.
Əvəzində "Ludoqorets"in müdafiəçisi Yordan Minev yığmaya çağırılıb. Minev 2012-ci il sentyabrın 10-da Malta ilə DÇ-2014-ün seçmə qrup matçından sonra dopinq-testə cəlb olunub. İlkin müayinə zamanı onun orqanizmindən istifadəsi qadağan edilmiş dərman preparatlarının izləri aşkarlanıb. FİFA əvvəlcə 24 yaşlı müdafiəçiyə cəza kəsib, amma bir neçə saat sonra antidopinq qaydalarının pozulmasına dair kifayət qədər sübutun yoxluğunu səbəb göstərərək, qərarı ləğv edib.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan matçı saat 21:00-da başlanacaq.