"Azərbaycan yığması ilə matç asan olmayacaq". Sportnet.az-ın məlumatına görə, bunu Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello bugün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, yığmamızla yoldaşlıq görüşünün gedişində 6 əvəzləmədən istifadə imkanı olacaq. Kapello yığmada az şans qazanan və ya ümumiyyətlə oynamayan futbolçulara yer verəcəyini bildirib. İtaliyalı mütəxəssis yığmanı yeniləməyin vaxtının çatdığını vurğulayıb.
Məşqçilər heyətinə olan borca gəldikdə, Kapello deyib ki, bu, onu narahat edən sonuncu məsələdir: "İndi ki, yalnız qarşıdakı oyunları düşünürəm. Maliyyə problemləri məni narahat etmir. Mənə deyiblər ki, bu gün məşqçilərə borclar bağlanmalıdır".
Qeyd edək ki, Rusiya və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü sentyabrın 3-də "Ximki Arena"da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.