İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldo sabiq komanda yoldaşları Anxel Di Mariya və Xabi Alonsonun satılmasına münasibət bildirib. Sportnet.az-ın "Marca”ya istinadən məlumatına görə, Ronaldo klubun bu addımından narazılığını üstüörtülü büruzə verib.
”Bu barədə bəzi fikirlərim var, lakin hamısını desəm, ertəsi gün bütün qəzetlərdə manşet olar” deyən portuqaliyalı hücumçu klub prezidenti Florentino Peresin qərarlarına hörmətlə yanaşdığını vurğulayıb: ”Mən olsaydım, bu qərarı verməzdim. Amma klub prezidenti bəzi futbolçuların göndərilməsini, bəzilərinin isə transferini həyata keçirirsə, bunları klubun daha yaxşı olması üçün edir”.
Qeyd edək ki, "Real Madrid" yay transfer pəncərəsi dönəmində Anxel Di Mariyanı "Mançester Yunayted"ə, Xabi Alonsonu isə ‘Bavariya”ya satıb.