1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Italiya ilə 3 dəfə üz-üzə
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası sentyabrın 16-da İtaliyanın paytaxtı Romaya yollanacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə yığmamızın baş məşqçisi Faiq Qarayev açıqlama verib.
Təcrübəli mütəxəssis bildirib ki, dünya çempionatının keçiriləcəyi ölkədə mötəbər yarış öncəsi 3 yoldaşlıq görüşü keçirəcəklər. Hər 3 oyun İtaliya millisinə qarşı olacaq. Daha sonra millimiz sentyabrın 23-də start götürəcək mundiala qatılacaq. Çempionat İtaliyanın 6 şəhərində - Bari, Milan, Modena, Roma, Triest və Veronada təşkil olunacaq.
D qrupunda yer alacaq millimizin rəqibləri Belçika, Çin, Kuba, Yaponiya və Puerto Riko olacaq. Qarayev bildirib ki, Puerto Riko, Kuba və Belçika ilə qarşılaşmalara yaxşı hazırlaşmaq lazımdır, Yaponiya ilə görüş isə çətin olacaq. Çinə gəldikdə, baş məşqçi bu rəqibin 2 voleybolçusunu sınaq matçlarında gizlətdiyini açıqlayıb.
Baş məşqçi oyunların keçirilmə saatlarından da narazılığını bildirib: "Təsəvvür edin, ilk oyunumuzu sentyabrın 23-də yerli vaxtla saat 17:10-da Yaponiyaya qarşı keçirəcəyik. Sonrakı matçımız ertəsi gün saat 10:30-da Çinə, üçüncü matçımız isə sentyabrın 25-də yenə eyni saatda Puerto Rikoya qarşı olacaq. Yaponiya ilə oyun axşam 8-dək davam edəcək. Ondan sonra komandam nə vaxt nahar etməli, nə vaxt yatmalı və nə vaxt durmalıdır ki, səhər tezdən başlanan oyuna hazır ola bilsin? Biz Beynəlxalq Voleybol Federasiyasına bununla bağlı şikayət məktubu ünvanlamışıq. Amma hələ cavab yoxdur".
Qeyd edək ki, millimizin qrupdakı digər qarşılaşmaları sentyabrın 27-də və 28-də yerli vaxtla 10:30-da (Bakı vaxtı ilə 13:30) Belçika və Kubaya qarşı olacaq.