
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası sentyabrın 23-də İtaliyada start götürəcək dünya çempionatı öncəsi 3 yoldaşlıq görüşü keçirib. Sportnet.az-ın məlumatına görə, millimizin rəqibi elə təşkilatçı ölkə yığması olub.
Hər üç qarşılaşma millimizin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb 3:0. İtaliyalılar daha bir yoxlama matçında Türkiyəyə eyni hesabla qalib gəliblər.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında Belçika, Çin, Kuba, Yaponiya və Puerto Riko ilə birgə D qrupunda yer alıb. Yığmamız ilk görüşünü sabah Bakı vaxtı ilə saat 20:00-da Yaponiyaya qarşı keçirəcək.