Bu gün İtaliyada voleybolçu qadınlar arasında dünya çempionatına start veriləcək. Sportnet.az-ın məlumatına görə, 24 ölkənin 4 qrupda mübarizə aparacağı mundial Bari, Milan, Modena, Roma, Triest və Verona şəhərlərində təşkil olunacaq.
1. Ceyran Əliyeva ("Azəryol"), 2. Kseniya Kovalenko, 3. Anastasiya Qurbanova, 4. Oksana Parxomenko, 5. Odina Əliyeva (hamısı "Azəryol"), 6. Ayşən Abduləzimova "(Lokomotiv"), 7. Yelena Parxomenko ("İqtisadçı"), 8. Natəvan Qasımova ("Azərreyl"), 10. Yana Matyasovska-Ağayeva ("Atom", Polşa), 11. Yekaterina Jidkova ("İqtisadçı"), Kristina Yaqubova ("Rabitə"), 15. Aynur Kərimova ("Azərreyl"), 16. Oksana Kiselyova ("Lokomotiv"), 17. Polina Rəhimova ("Hyunday", Cənubi Koreya), 18. Yelizaveta Səmədova ("Rabitə"), 19. Leyla Parşkova ("Azərreyl"), 20. Şəfaqət Həbibova ("Azərreyl"), 21. İrina Makarenko ("Azərreyl"), 22. Ülkər Kərimova ("Azərreyl").
Növbəti mərhələyə yüksəlmək üçün qrupda ilk "4-lüy"ə düşmək lazımdır. Buna nail olan komandalar Argentina, Xorvatiya, Dominikan, Almaniya, İtaliya və Tunisin yer aldığı A qrupunda müvafiq yerləri tutan yığmalarla birgə E qrupunu təşkil edəcək və iki qrupun komandaları bir-biri ilə hərəyə 4 oyun keçirəcəklər. Nəticədə ilk 3 yeri tutan komandalar F qrupunda müvafiq yerləri tutanlarla birgə 6 ən güclü sırasına yüksələcəklər. Buradan isə 4 ən güclü komanda yarımfinala yüksələcək. 1/2 final qarşılaşmalarının ardından oktyabrın 12-də Milanda 3-cü yer uğrunda və final görüşləri baş tutacaq.
D qrupu
23 sentyabr
13:30. Çin - Puerto Riko - 3:0 (25:23, 25:18, 25:20)
20:00. Yaponiya - AZƏRBAYCAN - 2:3 (25:17, 20:25, 25:20, 21:25, 9:15)
23:00. Kuba - Belçika - 0:3 (15:25, 12:25, 16:25)
Xal durumu: Belçika, Çin - 3 xal, Azərbaycan - 2, Yaponiya - 1, Puerto Riko, Kuba - 0.