
Azərbaycan millisinin İtaliyadakı dünya çempionatının növbəti qrup mərhələsində oyunlarının təqvimi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, ilkin mərhələdə D qrupundan 4-cü yerin sahibi kimi mərhələ adlayan millimiz A qrupunda ilk 4 yeri tutan yığmalarla üz-üzə gələcək.
Üst-üstə 8 komanda E qrupunu tərkibində yer alacaq. "Qızıl xallar" da saxlanılmaqla gedəcək mübarizənin yekununda ilk 3 yerin sahibləri "pley-off"a vəsiqə qazanacaqlar.
Komandamızın oyunlarının təqvimi:
1 oktyabr. Bari. 23:00. İtaliya - AZƏRBAYCAN
2 oktyabr. Bari. 20:00. Dominikan Respublikası - AZƏRBAYCAN
4 oktyabr. Triest. 23:00. Xorvatiya - AZƏRBAYCAN
5 oktyabr. Triest. 20:00. Almaniya - AZƏRBAYCAN
Qeyd edək ki, A qrupundan İtaliya 13 xalla 1-ci, Dominikan Respublikası 12 xalla 2-ci, Xorvatiya 9 xalla 3-cü, Almaniya isə 8 xalla 4-cü pillənin sahibi kimi mərhələ adlayıb. Əvəzində D qrupunda ilk 4 yeri müvafiq olaraq, Çin (14 xal), Yaponiya (11 xal), Belçika (9 xal) və Azərbaycan (7 xal) tutub.