
Rəcəbov gələcəkdə futbol üzrə Azərbaycan millisinin də güclü nəticələr qazanacağını deyib: "Biz hər zaman idmançılarımızla təmasdayıq. Azərbaycan bayrağını yüksəldən hər bir idmançımızla fəxr edirik. Futbol klublarımızın uğuru gələcəkdə millimizi də gücləndirəcək. 10 il əvvəl kim deyərdi ki, şahmatçılardan ibarət Azərbaycan millisi iki dəfə Avropa çempionu olacaq. Klublarımızın uğuru gələcəkdə milliyə də təsir edəcək".
Məmmədyarov isə "Qarabağ"ın oyununa baxmağa çalışacağını deyib: "Azərbaycan çempionunun son nəticələri bizi sevindirir. Avrokuboklarda bütün oyunları izləyirəm. Hər bir klubumuza dəstək oluram. İtaliyada oyun çətin olacaq. "Neftçi" o vaxt 2:2 oynayanda son matç olduğu üçün rəqibdə motivasiya az idi. Bu dəfə əsas futbolçular mübarizə aparacaq. Qoy, komandamız istədiyimiz kimi oynasın, nəticəni biz başa düşərik. Axşam çalışacağam həmin oyuna televizorla baxım".