
Azərbaycan milli komandasının daha bir futbolçusu zədələnib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ” klubunun üzvü Ruslan Əmircanov yığmamızın oktyabrın 14-dək davam edəcək təlim-məşq toplanışında iştirak etməyəcək.
Qeyd edək ki, millimiz Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Xorvatiya yığmasının qonağı olacaq.