Hadisənin təfərrüatlarını meydan sahiblərinin üzvü Habil Məmmədlidən oyrəndik: "Geridə qalan 6 turun 3-də Teymur Fərhadov bizim oyuna təyinat alıb. İlk hissədə hər şey qaydasında idi. Lakin 60-cı dəqiqədən sonra hakim komandamıza qarşı "döndü". Tez-tez cərimə zərbələri verməyə başladı. Gördü ki, hesab dəyişmir, 89-cu dəqiqədə Pərviz Hüseynova qırmızı vərəqə göstərdi".
Yarımmüdafiəçi oyunun dava-dalaşla başa çatmasının günahını hakimdə görüd: " Teymur qonaqlara simpatiya göstərirdi. Pərviz meydandan qovulanda "Zirə"nin futbolçusu Tural Adıgözəlov da söyüş söymüşdü. Amma referi ancaq bizim oyunçunu qovdu. 90+4-də qolu məhz Tural vurdu. Oyun başa çatan kimi biz hakimə etirazımızı bildirdik, bu an Pərviz Hüseynovla Tural Adıgözəlov da yenidən başladılar mübahisəyə. Ondan sonra futbolçular hamısı bir-birinə qarışdı. Araya polis girməsəydi, qırğın olacaqdı".