Xorvatiya milli komandasının futbolçusu Luka Modriç AVRO-2016-nın seçmə qrup matçında Bolqarıstan yığması üzərində səfər qələbəsindən razı qalıb. Sportnet.az-ın məlumatına görə, İspaniya "Real Madrid"inin yarımmüdafiəçisi oyunun çətin alındığını etiraf edib.
Bununla belə, Modriç bildirib ki, əsas məsələ 3 xalı qazanmaq olub: "Çətin səfər idi. Amma ən önəmlisi, 3 xalı qazana bildik. Tribunada baş verənlərdən sonra oyuna köklənmək çətin idi. Yaxşı ki, hər şey ağır fəsadsız ötüşdü. Azarkeşlər də apardığımız danışıqlardan sonra sakitləşdilər. Düzdür, ikinci hissədə rəqib sürəti artırdı. Amma biz hesabı qorumağı bacardıq. Nəticə bizim daha yaxşı komanda olduğumuzu göstərir".
29 yaşlı oyunçu oktyabrın 13-də Azərbaycan millisi ilə keçirəcəkləri növbəti qarşılaşma barədə də danışıb: "İndi biz bazar ertəsi keçirəcəyimiz oyuna köklənməliyik. Ümidvarıq ki, qələbə qazanacağıq. Matçın belə qısa vaxt kəsiyində keçirilməsi bizim üçün ağırdır. Amma mən hər oyunda qələbə üçün hər şey edirəm".
Qeyd edək ki, Osiyek şəhərində baş tutacaq Xorvatiya - Azərbaycan matçının start fiti saat 23:45-də çalınacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |