Millimizin baş məşqçisi Berti Foqts sabah keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin Xorvatiya ilə görüşü öncəsi mətbuat konfransı keçirib.
- Xorvatiya ilə oyunda xal qazanmaq üçün daha çox şansımız var?
- Mən Braziliya və Meksikaya qarşı onların oyununu izləmişəm. Komandama onlara qarşı oynamaq çətin olacaq.
- İtaliya ilə oyundan sonra komandada bərpa prosesi necə gedib?
- Oyundan sonra bərpa prosesi keçdik. Bu gün 1 məşq keçəcıyik. Əlimizdən gələni edəcəyik ki, yaxşı çıxış edək. Xorvatiya yığması belə bir hala öyrəşib. Onlar Avropanın top komandalarında çıxış edirlər. 2 gündən bir oyun keçirə bilirlər.
- İtaliyadakı oyundan 2 gün keçib. Palermoda xal almaq üçün bizə nə çatmadı?
- Biz həmin oyunda 2 kobud səhvə yol verdik. Belə komandalar bu cür kobud səhvləri bağışlamır. Belə səhvləri Bolqarıstana qarşı da elədik. Təcrübə baxımdan belə səhvlərə yol verməməliyik
- Sabahkı oyuna xüsusi hisslərlə hazırlaşırsınız? Çünki 1998-ci ildə Xorvatiya ilə oyun sizin son rəsmi matçınız idi...
- 1998-ci ildə bizim Xorvatiyaya qarşı oyunumuz olub. 22 il Almaniya Futbol Federasiyasında çalışmışdım. Ona görə mən ordan getmək qərarına gəldim.
- Son dəqiqələrdə və standart vəziyyətlərdən top buraxırıq. Bunun üzərində iş gedirmi?
- Bolqarıstan və İtaliya ilə oyunlarda son dəqiqələrdə top buraxmışıq. Bunu mən 7 il ərzində düzəldə bilmərəm. Bu klublarda həll olunmalıdır.
- Kamran Ağayev qələbə qazana biləcəklərini bildirib...
- Hər bir insanın öz istəyi olmalıdır. Futbolda hər şey mümkündür. Biz İtaliya və Bolqarıstanla matçlarda xal qazanmağa yaxın olmuşuq...
- İtaliya ilə oyundan öncə keçirilən mətbuat konfransında belə oyunlardan dərs çıxarmalı olduğunuzu demişdiniz. İndi hansı dərsləri çıxartdınız ki, Xorvatiya ilə oyunlarda bu bizə kömək ola bilər?
- Biz daha çox hücumameylli oynamalıyıq. Standard vəziyyətlərdə daha çox diqqətli olmalıyıq. Həmçinin hücumlar zamanı rəqib qapıçısına daha yaxın olmalıyıq (apasport.az).