
"Azəryol" voleybol komandası 2014-2015 mövsümünə yeniliklə başlayacaq. Klubdan Sportnet.az-a verilən məlumata görə, oktyabrın 19-da komandanın yeni mövsüm üçün təqdimat mərasimi olacaq.
Bu, ölkəmizin voleybol idmanı tarixində bir il olacaq. Çempionlar Liqası və Azərbaycan çempionatında mübarizə aparacaq "Azəryol"un tanıtımı Dərnəgüldəki Voleybol Mərkəzində təşkil olunacaq. Tədbir bütün media nümayəndələri və azarkeşləri üçün açıq olacaq. Gələn qonaqlar Azəryolun bütün oyunçuları ilə yaxında ünsiyyətdə ola biləcəklər.
Təqdimat mərasimində qonaqları çoxsaylı surpriz gözləyir:
Klubun yeni himni;
Klubun yeni talismanı;
Klubun yeni loqosu;
Klubun yeni forması.
Mərasimin ardından "Azəryol” ölkəmizdə qonaq olacaq Rusiyanın "Dinamo Krasnodar” klubu ilə yoldaşlıq görüşü keçirəcək.