O, rəsmi matçlarda əvəzləmələrin sayının maksimuma (2-si fasilədə, 3-ü oyunun gedişində) çatdırılmasını təklif edib. Habelə, fransalı funksioner hakimlərlə mübahisə edənlərə qarşı ağ vərəqənin tətbiqi variantını ortaya qoyub. Bu cəza 10 dəqiqəlik qovulmanı nəzərdə tutur.
Əvəzində Platini son ümid foluna görə 3 qat cəza - penalti, qırmızı vərəqə və diskvalifikasiyadan imtinanı dəstəkləyib. Onun fikrincə, qayda pozuntusu cərimə meydançasında baş veribsə, penalti təyin edilməli və sarı vərəqə göstərilməlidir. Bu hal cərimə meydançasından kənarda olubsa, cərimə zərbəsi və qırmızı vərəqə qərarı verilməlidir.