Artyom sözlərinə belə davam edib: "Bilmirəm niyə, ancaq Avropa Liqasında qol vura bilmirik. Şükürlər olsun ölkə çempionatında azdan-çoxdan vururuq. Ancaq Avropa Liqasında ardıcıl 3-cü oyundur ki, fərqlənə bilmirik. Biz "Qarabağ"ı yaxşı analız etmişdik. Onlar "Sent-Etyen" və "İnter"ə qarşı əla oyun nümayiş etdirmişdilər. "Qarabağ" inciməsin, "Çernomorets" onlardan ikiqat güclü idi. "Çernomorets"lə oyunda ikinci hissəni ələ almışdıq. Ancaq bu oyunda qol imkanı yarada bilmədik.
Futbolçu oyunda azarkeşlərin az olmasından da şikayətlənib: "Stadionda 3000 nəfər vardı, onlardan 2800 "Qarabağ" azarkeşı idi. Gülməlidir. Fikrimcə, "Obolon", ya da "Dinamo"da oynasaq daha yaxşı olardı. "Olimpiyski"də elə bil təlim-məşq toplanışındaydıq. Bu oyunda yoldaşlıq matçı idi. Adam yox idi".
29 yaşlı müdafiəçi qarşıdakı oyunlarda futbolu sözlərdə yox, oyunla sübut edəcəklərini bildirib: "Bakıdakı oyuna hazırlaşacağıq. Bilirik ki, bizi orada anşlaq gözləyir. "Qarabağ" qrup mərhələsindən çıxmaq üçün hər şey edəcək. Azarkeşlər önündə isə keçən oyunda qələbənin təsadüfi olmadığını sübut etməyə çalışacaqlar. Ola bilər ki, dolu tribunalar önündə oynamaq bizə də yaxşı təsir edəcək. Keçən oyundakı nəticənin haqsız olduğunu göstərmək üçün. Ancaq bunu sözlərdə yox, meydanda futbolla sübut etmək lazımdır. Heç bir klubla heç-heçə bizi qane etmir. Bizim bir xalımız var və üç oyunumuz qalıb. Baxacağıq. Mən proqnoz verən insanlardan deyiləm. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.