Bunlar komandanın baş məşqçisi İvan Tabanov, qapıçı Aleksandr Vlasov və ən yaxşı bombardir, yığmanın keçmiş oyunçusu Yevgeni Kosmaçevdir. Əməliyyatı operativ aparmaq üçün Riqadan gələn hüquq-mühafizə orqanları əməkdaşları eyni vaxtda 3 yerdə olublar.
Qeyd edək ki, 2013-cü ilin oktyabrında "Dauqava"nın nigeriyalı keçmiş hücumçusu Stenli İbenin açıqlaması böyük ajiotaj doğurub. İbe deyib ki, komandasında hamı bir çox oyunun danışılmış olmasından xəbərdardır. O, baş məşqçi və futbolçulara belə oyunların qarşılığında pullar ödənildiyini də əlavə edib.