Azərbaycanlı futbolçu Ramil Şeydayev Rusiya "Zenit"inin əsas komandasında debüt edib. Sportnet.az-ın məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XI turunda "Mordoviya" ilə qarşılaşmada meydana çıxıb.
Baş məşqçi Andre Villaş-Boaş onu 80-ci dəqiqədə Danninin əvəzinə oyuna daxil edib. "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin rəhbərlik etdiyi "Mordoviya"da isə klubumuzun sabiq futbolçusu İbrahima Niasse start heyətində yer alıb. O, 76 dəqiqə meydanda olub.
Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra "Zenit" xallarını 29-a çatdıraraq, 1-ci pillədə möhkəmlənib. "Mordoviya" isə 11 xalla 11-ci pillədə qalıb.
Qeyd edək ki, Ramil Şeydayev Rusiyanın Sankt-Peterburq şəhərində anadan olsa da, əslən azərbaycanlıdır. Ötən il 19 yaşadək millimizə dəvət edilməsi nəzərdə tutulsa da, futbolçunun özü Rusiya yığmasını seçib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |