Bu gün Bakı-2015
Avropa Oyunları Fransanın televiziya kanalı olan L’Equipe 21 ilə yayım haqqında
sazişə imza atdığını elan edib. Sportnet.az-ın məlumatına görə,
sazişə görə Birinci Avropa Oyunları L’Equipe 21 kanalı, eyni zamanda, kanalın
vebsaytı və mobil platformaları vasitəsilə Fransada canlı yayımlanacaq.
Şirkət
Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərinin canlı yayımını
həyata keçirəcək, eyni zamanda, hər gün yarışlardan 5 saatlıq canlı nümayiş və
yarışlardakı gündəlik ən maraqlı məqamların axşam yayımını təmin edəcək.
Bakı
2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru
cənab Saymon Kleq demişdir: "Bu saziş qitənin hər yerindəki idman
azarkeşlərinin onların ölkələrini təmsil edəcək idmançıları izləyə bilmələrinə
imkan yaradacaq bu yaxınlarda imzalanmış əsas saziş olacaq.
"Biz
Avropanın ən böyük dövlətlərindən biri olan Fransanın Bakı 2015 Oyunlarına
təxminən 250 idmançıdan ibarət güclü komanda göndərəcəyini gözləyirik. Oradakı
idman azarkeşlərinin evlərində oturub bütün yarışları izləyəcəklərini bilmək
gözəldir.
"L’Equipe
21 idmana həsr edilmiş bir kanaldır və biz kanalın Bakı 2015 Avropa Oyunlarında
iştirak edəcək elit idmançıları və yarışları yüksək keyfiyyətlə nümayiş
etdirəcəyinə inanırıq.”
L’Equipe
21 televiziya kanalının baş meneceri cənab Xavyer Spender demişdir: "Bakı 2015
Avropa Oyunları beynəlxalq idman təqviminə mühüm hadisə kimi yazılacaq, ona
görə də birinci Avropa Oyunlarının Fransada yayımlanmasına görə məsuliyyəti
daşıdığımız üçün çox şadıq.
"Bir
idman tamaşası kimi bu, dünyanın hər yerindəki idman azarkeşlərində Oyunlara
qarşı böyük maraq oyadacaq və biz Fransadakı bütün izləyicilər üçün Oyunların
canlı yayımlanmasına öz köməkliyimizi göstərəcəyimiz üçün fəxr edirik.”
L’Equipe
21 kanalı, həmçinin, Bakı 2015 Avropa Oyunlarına 100 gün qalması ilə bağlı
xüsusi bir proqram yayımlayacaq və Fransanın Mili Olimpiya Komitəsinin jurnalı
olan "Esprit Bleu”da Avropa Oyunlarına hazırlaşan idmançılar barədə həftəlik
hesabat təqdim edəcək.
Fransa
Milli Olimpiya Komitəsinin prezidenti cənab Denis Messeqliya demişdir: "Biz
Bakı 2015 ilə 2012-ci ildən bizim media partnyorumuz olan L’Equipe 21 kanalı
arasında idman azarkeşlərimizin birinci Avropa Oyunlarını canlı izləmələrinə
imkan yaradan sazişin bağlandığından çox məmnunuq.
"Bakı
2015 Avropa Oyunlarında yarışmaq üçün güclü komanda göndərəcəyik və komandanın
göstərəcəyi cəhdləri və əldə edəcəyi nailiyyətləri Fransadakı azarkeşlərin
canlı izləyə bilməsi yaxşı haldır.”
1998-ci ildə əsası qoyulmuş və Fransa Milli Olimpiya Komitəsinin rəsmi yayım tərəfdaşı olan L’Equipe 21 kanalı bütün il boyu idman nümayişlərini canlı olaraq yayımlayır.