
"Qalatasaray”
klubunun sabiq futbolçusu Ümit Karan klub haqqında şok açıqlamalar edib. Sportnet.az-ın
Türkiyə mətbuatına istinadən məlumatına görə, keçmiş futbolçu "Qalatasaray”ın maliyyə
strukturunun pis vəziyyətdə olduğunu bildirib.
Telekanalların birində futbol şərhçiliyi edən Karan açıqlamasında belə deyib: "Dekabr ayında klubda iclas keçiriləcək və çox önəmli hadisələr açıqlanacaq. Mailiyyə strukturu pis vəziyyətdədir. "Qalatasaray”ı gizli-gizli ruslara və qazaxlara satmağa çalışırlar”.