
2014-cü
ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün FİFA tərəfindən keçirilən
sorğuda Azərbaycanı baş məşqçi qismində Mahmud Qurbanov təmsil edib. Bu barədəAFFA-nın
İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu
məlumat verib.
M.Nərimanoğlununsözlərinə görə, Qurbanov bu funksiyanıyığmanın
müvəqqəti baş məşqçisi kimi yerinə yetirib. O,"Qızıl top"anamizəd
saydığı 3 oyunçunun adını müəyyənləşdirərək,ali futbol qurumuna göndərib.
Eyni zamanda, Rəşad Sadıqovmillinin kapitanı kimi öz seçimini edib.
Qeyd edək ki, FİFA dünyanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını
oktyabrın 27-də açıqlayıb. "Qızıl top"un sahibi ali futbol qurumuna üzv
ölkələrin milli komandalarının baş məşqçi və kapitanları, eləcə də
jurnalistləri arasında sorğu nəticəsində müəyyənləşir. Azərbaycanı jurnalist
qismində "Futbol dünyası" qəzetinin əməkdaşı Rasim Mövsümov təmsil
edib. Qalib futbolçunun adı 2015-ci il yanvarın 12-də açıqlanacaq. (Report.az)