Bu gün qadın voleybolçular arasında
Çempionlar Liqasının yeni mövsümünə start veriləcək. Sportnet.az-ın
məlumatına görə, yarışda Azərbaycanı iki klub təmsil edəcək.
İlk olaraq "Azəryol”
Bakıda Fransanın "Nant” klubunu qəbul edib. Gərgin keçən qarşılaşmada qalib komanda tay-brekdə məlum olub. İlk setdə qalib gələn komandamız daha sonra ardıcıl 2 setdə məğlub olub. 4-cü setdə qələbə qazanan "Azəryol" matçı tay-brekə daşıyıb. Tay-brekdə isə gülən tərəf "Azəryol" voleybolçuları olub.
"Azəryol”la yanaşı bu turnirdə ölkəmizi
daha bir komanda da təmsil edəcək. "Rabitə” klubu səfərdə Polşanın "Ximik”
kollektivinin qonağı olacaq. Qrup mərhələsində daim inamlı çıxışı ilə yadda
qalan Dejan
Brdjoviçin yetirmələrinin səfərdən 3 xalla dönəcəyini gözləmək olar.
Çempionlar Liqası
I tur
12 noyabr
B qrupu
18:00. "Azəryol” (Azərbaycan) – "Nant” (Fransa) - 3:2 (25:17, 18:25; 18:25; 25:16; 20:18)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Yevgeni Makşanov (Rusiya)
Bakı. Voleybol
Mərkəzi
A qrupu
21:00. "Ximik” (Polşa) – "Rabitə” (Azərbaycan) - 3:0 (25:22, 25:19, 25:18)
Hakimlər: Jolt Mezöffi (Macarıstan), Ahti Huntaniska (Finlandiya)
Şetsin. Vidoviskovo sarayı