
Qadın voleybolçulardan
ibarət "Azərreyl” klubu Avropa kuboklarında yeni mövsümə start verib.
Sportnet.az-ın məlumatına görə, "Çelenc Cup” turniri çərçivəsində komandamız ll
təsnifat mərhələsindən yarışa qoşulub.
Bakı klubu bu
gün ikinci matçda qüvvəsini sınayıb. "Azərreyl" ilk qarşılaşmada olduğu kimi bu görüşdə də rəqibini darmadağın
edib – 3:0. İlk setdə rəqbini 8 top fərqi ilə udan komandamız son setləri eyni hesabla bitirib - 25:15.
İlk görüşdə nominal ev sahibi "İnsbruk” olduğundan bu qarşılaşmada
komandamız ev sahibi qismində çıxış edib.
Qeyd edək ki, razılaşmaya əsasən hər iki görüş Bakıda keçirilib. İki gün ərzində baş tutan qarşılaşmaların hakimləri də eyni olub. Oyunu estoniyalı Kristian Vanaveski ilə xorvatiyalı Boyan Bardiç idarə ediblər.
Bu qələbədən sonra "Azərreyl" "Çelenc Cup" turnirinin 1/8 finalına vəsiqə qazanıb.
"Çelenc Cup”
II təsnifat mərhələsi, 2-ci oyun
12 noyabr
15:30.
"Azərreyl” (Azərbaycan) - "İnnsbruk” (Avstriya) - 3:0 (25:17, 25:15, 25:15)
İlk oyun: "İnnsbruk" - "Azərreyl" - 0:3 (10:25, 16:25, 18:25)
Hakimlər: Boyan Bardiç (Xorvatiya), Kristian Vanaveski (Estoniya)
Voleybol Mərkəzi
Qeyd edək ki, ilk qarşılaşmada "Azərreyl”
rəqibini 3:0 hesabı ilə məğlub edib.