Argentina futbolunun əfsanəsi Dieqo Maradona FİFA prezidenti Yozef Blatteri ittiham edib. Sportnet.az-ın məlumatına görə, Maradona ali qurumun rəhbərini ona BƏƏ-də işləməyə imkan verməməsində günahlandırıb.
Maradona
Blatteri gizli oyunlarda günahlandırırdı. Hələ 2014-cü il dünya çempionatı
zamanı Blatter onun stadionlara buraxılmamasını tapşırmışdı.
Əfsanəvi
futbolçu Blatteri ona BƏƏ-də işləməyə mane olmaqda günahlandırıb: "Blatter mənə
dünya çempionatlarını stadiondan izləməyə
qadağa qoymuşdu. Çünki, mən onun maskasını çıxartmışdım. İndi isə BƏƏ-də
işləməyimə mane olur. O, asiya klublarının prezidentlərinə zəng vuraraq məni ora
dəvət etməmələrini tapşırır. Bu haqda onlar özləri mənə deyiblər. Orada məni
çox sevirlər. Məni işləməyə dəvət edirlər. Mən də öz növbəmdə Dubayda ən böyük
klublardan birini çalışdırmaq istəyirəm. Lakin anlayıram ki, Blatter mənə mane
olmağa çalışır”.
Qeyd edək ki, Maradona münasibətləri yaxşı olmayan Argentina Futbol Federasiyasının uzun müddətli prezidenti olmuş Xulio Qrondonun ölümündən sonra belə demişdir: "Tanrıya şükür, o, onu yanına apardı”.