"Qarabağ”ın Avropa Liqasındakı rəqibi "İnter” baş məşqçi Valter Matsarini
qovub. Spornet.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, "İnter” rəhbərliyi baş məşqçini
alınan uğursuz nəticələrdən sonra vəzifəsindən azad edib.
Daha əvvəl məşqçinin 23 noyabrda "Milan”la oyundan sonra
taleyinə aydınlıq gələcəyi bildirilirdi. Bu posta ən real namizəd isə vaxtilə "İnter”i
çalışdırmış Roberto Mançini göstərilir.
Qeyd edək ki, "İnter” A seriyasında 16 xalla 9-cu pillədə qərarlaşıb.