
FIFA-nın prezidenti Yozef Blatter AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, məktubda Blatter dünya futbol ictimaiyyəti adından "Qarabağ"ı Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünün qalibi olması, Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib.
Ali futbol qurumunun rəhbəri "Qarabağ"a daha böyük uğurlar arzulayıb.