
Bu
gün AVRO-2016-nın seçmə mərhələsində IV turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi Norveçi qəbul edib.
Komandamız cari seçmə tsikldə 4-cü matçını keçirib. Bu matç millimizin bu il üçün son qarşılaşması
olub. İlk
3 oyununda xal qazana bilməyən komandamız bu dəfə də azarkeşlərini sevindirə bilməyib.
Bu
qarşılaşma Mahmud Qurbanovun millinin baş məşqçisi kimi ilk rəsmi oyunu olub.
Millimiz qrupun ilk oyununda Bolqarıstan yığmasına evdə 1:2 hesabı ilə məğlub
olmuşdu. İtaliya səfərində də eyni hesablı məğlubiyyətə üzülən futbolçularımız,
Xorvatiya səfərində isə qapısından 6 cavabsız top buraxıb.
İlk
dəfə 1998-ci il dünya çempionatının seçmə mərhələsində Norveçlə qarşılaşan
komandamız nə xal alıb, nə də qol vura bilib. Həmin vaxt səfərdə 0:5, evdə 0:1
hesabı ilə yenilən millimiz bu dəfə də tilsimi qıra bilməyib.
İlk hissənin 25-ci dəqiqəsində Nortveytin baş zərbəsi ilə vurduğu top oyunda yeganə olub. İkinci hissədə millimiz çox çalışsa da hesabı bərabərləşdirə bilməyib. Millimiz qrup mərhələsində 4-cü oyununda da xala həsrət qaldı.
Avro 2016. Seçmə mərhələ
16 noyabr
H qrupu
21:00.
Azərbaycan – Norveç - 0:1
Qol: Havard Nortveyt, 25
Baş hakim:Yevgeni Aranovski
Baş hakimin köməkçiləri:Aleksandr Voytyuk, Semyon Şlonçak
Dördüncü hakim:Sergey Bekker
Əlavə köməkçi hakimlər:Sergey Boyko, Anatoli Abduıla (hamısı Ukrayna)
Hakim-inspektor:Zoran Petroviç (Serbiya)
UEFA nümayəndəsi:Mehmet Süheyl Önen (Türkiyə)
Bakı. "Bakcell Arena” stadionu
"Bakcell Arena"a tam dolmayıb.
Stadionda Azərbaycan bayraqları ilə yanaşı Türkiyə bayraqları da var.
Ölkələrin himnləri səsləndirilir.
Matç başladı!
Oyuna mərkəzdən Norveç millisi başlayır.
4' dəqiqə. İlk cərimə zərbəsini Norveç millisi yerinə yetirdi. Səlahət Ağayev topu tutur.
7' dəqiqə. Millimiz künc zərbəsi yerinə yetirir. Təhlükəli olmur.
9' dəqiqə. Millimizn növbəti künc zərbəsi. Lakin bu dəfə də Norveç müdafiəsi topu uzaqlaşdırır.
13' dəqiqə. Rauf Əliyevin təhlükəli zərbəsi, müdafiəçi topu uzaqlaşdırır.
15' dəqiqə. Hakim Tarik Elyunissini simulyasiyaya görə sarı vərəqə ilə cəzalandırır.
19' dəqiqə. Havard Nielsen oyundan kənar vəziyyətə düşür.
20' dəqiqə. Norveç millisi təhlükəli vəziyyət yaratdı. Top qapı xəttinin yanından keçir.
21' dəqiqə. Millimizin hücumu. Ötürmə qeyri-dəqiq olur.
24' dəqiqə. Rahid Əmirquliyev qaydanı pozur.
25' dəqiqə. Norveçin təhlükəli hücumu. Top qapıdan aralı keçir.
25' dəqiqə. Norveç millisi künc zərbəsindən hesabı açır. Havard Nortveyt qolun müəllifi.
26' dəqiqə. Millimiz mərkəzdən oyuna başlayır.
28' dəqiqə. Norveç millisi qaydanı pozur.
31' dəqiqə. Norveçin hücumu. Top qapının üstündən keçir.
32' dəqiqə. Raufun gizli ötürməsi. Araz topa çatmır.
33' dəqiqə. Vaqif Cavadov qaydanı pozur.
34' dəqiqə. Komandamızın əks hücumu.
35' dəqiqə. Milli komandamız künc zərbəsi yerinə yetirir. Raufun zərbəsi dəqiq olmur.
35' dəqiqə. Cavid İmamverdiyev real qol vəziyyətində topa toxuna bilmir.
36' dəqiqə. Norveç qaydanı pozur.
37' dəqiqə. Nielsen oyundan kənar vəziyyətə düşür.
38' dəqiqə. Arazın təhlükəli reydi. Qapıçı ötürməni tutur.
39' dəqiqə. Topa sahib olma 54%:46% millimizin xeyrinədi.
45' dəqiqə. Mahir Şükürovun ötürməsi qeyri-dəqiq olur.
45'+. Hakim ilk hissənin bitdiyini bildirir.
İkinci hissə başladı.
46' dəqiqə. Norveç millisi künc zərbəsi yerinə yetiri. Səlahət topu qaytarır.
47' dəqiqə. Rauf Əliyev ofsayta düşür.
48' dəqiqə. Ruslan Abışovun zərbəsi qapının üstündən keçir.
51' dəqiqə. Səlahət Ağayev zərbəni tutur.
52' dəqiqə. Elvin Yunuszadə qaydanı pozur. hakim sarı vərəqə göstərir.
53' dəqiqə. Norveç millisinin təhlükəli hücumu. Qapıçı və müdafiəçilər topu çətinliklə uzaqlaşdırırlar.
55' dəqiqə. Norveç millisi künc zərbəsi yerinə yetirir. Lakin təhlükəli olmur.
57' dəqiqə. Ruslan Abışov qaydanı pozur.
57' dəqiqə. Norveç millisinin heyətində dəyişiklik. Mat Möller Dehlinin əvəzinə meydana Yon Samuelsen daxil olur.
59' dəqiqə. Cavadova qarşı təhlükəli mövqedə qayda pozulur.
61' dəqiqə. Meydana yeni daxil olan Samuelson sarı vərəqə alır.
63' dəqiqə. Millimiz qaydanı pozur.
64' dəqiqə. Komandamızın hücumu bu dəfə də nəticəsiz qalır.
65' dəqiqə. Qara Qarayev meydana daxil olur. O, Ruslan Abışovu əvəzləyir.
68' dəqiqə. Norveç millisinin təhlükəli hücumu. Künc zərbəsi.
69' dəqiqə. Təhlükəli baş zərbəsi. Səlahət Ağayev yerdə qalır.
70' dəqiqə. Cavid İmamverdiyevin əvəzinə Dmitri Nazarov meydana daxil olur.
72' dəqiqə. Norveç millisində dəyişiklik. Havard Nielsenin yerinə meydana Aleksandr Soderlund daxil olur.
74' dəqiqə. Millimiz künc zərbəsini yerinə yetirdi. Qapıçı topu tutur.
75' dəqiqə. Meydana yeni daxil olan Soderlund sarı vərəqə alır.
78' dəqiqə. Cavadova qarşı qayda pozuntusu.
79' dəqiqə. Millimiz künc zərbəsi yerinə yetirir. Top uzaqlaşdırılır.
83' dəqiqə. Norveç millisinin təhlükəli hücumu. Top yandan keçir.
84' dəqiqə. Dmitri Nazarov sarı vərəqə alır.
86' dəqiqə. Milli komandamız qaydanı pozur.
87' dəqiqə. Rauf Əliyev qaydanı pozur.
89' dəqiqə. Millimiz rəqibin cərimə meydançasına girməkdə çətinlik çəkir.
90' dəqiqə. Hakim matça 2 dəqiqə əlavə edir.
90+1 dəqiqə. Tarik Elyunissinin yerinə meydana Fredrik Qulbrandsen daxil olur.
Matç başa çatdı.
AZƏRBAYCAN: 23. Kamran Ağayev, 4. Mahir Şükürov, 5.
Maksim Medvedev, 14. Rəşad Sadıqov, 15. Ruslan Abışov, 21. Elvin Yunuszadə, 10.
Araz Abdullayev, 19. Rahid Əmirquliyev, 20. Cavid İmamverdiyev, 7. Vaqif
Cavadov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 1. Kamran Ağayev,
12. Emil Balayev, 2. Qara Qarayev, 6. Bədavi Hüseynov, 18. Məhəmməd Mirzəbəyov,
22. Tərlan Quliyev, 3. Rasim Ramaldanov, 8. Mirhüseyn Seyidov, 13. Dmitri
Nazarov, 16. Cavid Hüseynov, 9. Məhəmməd Qurbanov, 17. Vüqar Nadirov
Baş məşqçi: Mahmud Qurbanov
NORVEÇ: 12. Oryan Niland, 2. Tom Hoqli, 14. Omar Elabdellaui, 21. Veqard Forren, 5. Aleksadr Tettey, 6. Havard Nortveyt, 8. Stefan Yohansen, 15. Per Sillian Skyelbred, 20. Mat Möller Dehli, 10. Tarik Elyunissi, 18. Havard Nielsen
Ehtiyat oyunçular: 1. Rune Yarsteyn, 22. Sten Qraytebust, 3. Steffen Haqen, 4. Tore Reqiniussen, 16. Per Egil Flo, 17. Martin Linnes, 7. Harmeet Sinqh, 9. Martin Edeqor, 13. Yon Samuelson, 23. Anders Konradsen, 11. Aleksandr Soderlund, 19. Fredrik Qulbrandsen
Baş məşqçi: Per-Matias Hoqmo
1. |
Xorvatiya |
4 |
3 |
1 |
0 |
10:1 |
10 |
2. |
İtaliya |
4 |
3 |
1 |
0 |
6:2 |
10 |
3. |
Norveç |
4 |
3 |
0 |
1 |
6:3 |
9 |
4. |
Bolqaıstan |
4 |
1 |
1 |
2 |
4:5 |
4 |
5. |
Malta |
4 |
0 |
1 |
3 |
1:7 |
1 |
6. |
Azərbaycan |
4 |
0 |
0 |
4 |
2:11 |
0 |