
"Sevinirik ki, belə rəqiblə oyunda qələbə qazandıq.Oyunçularımla qürur duyuram. Taktiki cəhətdən çox
yaxşı oynadılar. Xüsusən müdafiədə yaxşı təsir bağışladılar. Ələ düşən
imkanlardan birini qola çevirdilər".Sportnet.az-ın məlumatına görə, bunu Norveç milli komandasının baş
məşqçisi Per-Matias Höqmo deyib.
O,
motivasiyası böyük olan komandaya qarşı oynadıqlarını bildirib: "Rəqibimiz
yeni baş məşqçi ilə meydana çıxmışdı. Gözləyirdik ki, daha istəkli çıxış
etsinlər. Biz isə matçın çox hissəsini sadə oynamağa çalışdıq. 3 qələbə
qazanmışıq ki, bu da bizə final mərhələsinə vəsiqə şansı verir.Bolqarıstanla oyunda da Azərbaycan yığması çox sərt oyun
nümayiş etdirdi".
Höqmo
Norveç yığmasının qələbəsini norveçli qrossmeyster Maqnus Karlsenin hindistanlı
Vişvanatan Anand üzərində dünya çempionluğu uğrundakı görüşdəki qələbə ilə
müqayisə edib: "Karlseni bu qələbə münasibətilə təbrik edirəm. Amma Norveç
xalqı üçün hər iki qələbə vacibdir. Bizdə futbolu çox sevirlər. Təəssüf ki,
Karlsen o dərəcədə güclü deyil ki, Norveçin futbol yığmasında çıxış etsin".