Avropa Olimpiya Komitəsinin (EOC) Bakıda
keçirilən Baş Assambleyasının yekunlarına həsr olunmuş mətbuat konfransı
keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə
EOC prezidenti Patrik Hikki Azərbaycanın çox nümunəvi təşkilatçılqla
seçildiyini bildirib.
O bildirib ki, Baş Assambleya müddətində bütün iştirakçılar
üçün əla şərait
yaradılıb. İki gün davam etmiş toplantıda açıq şəkildə müzakirələr aparılıb.
Hikkinin sözlərinə görə, iclasda Bakı-2015 I Avropa Oyunları da diqqqət mərkəzində
olub: "Bir çox olimpiya şəhərlərinə 7 illik müddət verilib. Amma BEGOC 2 il ərzində
xeyli iş görüb və görülmüş işlər təqdirəlayiqdir. Hələ 2007-ci ildə İspaniyanın
Valensiya şəhərində Avropa Oyunları ideyası irəli sürülərkən, bilirdik ki,
Bakıdan yaxşı namizəd tapmaq çətindir. Bu qənaətimdə yanılmadım. Hazırda
fantastik iş görülür və əminəm ki, bu Oyunlar böyük tarixi iz buraxacaq. Çoxlu
sayda könüllü, ekspertlərlə, peşəkarlarla işləyirlər. Bu da şəhərinizin böyük
idman irsi buraxacağından xəbər verir. Biz çox böyük xərc tələb edən işlərin
görülməsini istəmirik. İlk Oyunlar mütərəqqi olacaqlar. Açılışda İOC prezidenti
Tomas Bax öz komandası ilə birgə iştirak edəcək”.
Hikkinin fikrincə, Avropa Oyunlarının nüfuzunu qaldırmağa
ehtiyac yoxdur: "Avropa Oyunları Olimpiya Oyunlarının dublikatı deyil. Əslində
ilk oyunları eksperiment kimi nəzərdə tutmuşduq. Amma gözlənilənlərin əksinə,
8-10 deyil, 20 növ üzrə müraciət oldu. Hətta əlavə 5-6 növ də Avropa Oyunlarında
təmsil olunmaq istəyirdi. Onları siyahıya yerləşdirə bilməyəcəyimizi dedik. Bu
Oyunlar olimpiadaya lisenziya qazanmaq baxımından da əhəmiyyətli olacaq. Məsələn,
cüdo növündə elə sistem qurulub ki, lisenziya qazanmaq xeyli baha başa gəlir.
Bunun üçün xeyli yarışda iştirak edərək, reytinq xalları toplamaq lazım olur.
Avropa Oyunlarında isə idmançılar bir yarışa gəlməklə, lisenziya əldə edə biləcəklər.
2008-ci il Pekin Yay Olimpiya Oyunlarınadək medalların böyük hissəsini, demək
olar ki, 70 faizini Avropa idmançıları qazanırdı. Həmin olimpiadadan sonra isə
medalları az qazandıq. Yəni, qitəmiz olimpiadalarda öz reputasiyasını itirməkdədir.
Bu baxımdan, Avropa Oyunları olimpiadalarda nüfuzumuzu qaldırmaq üçün böyük rol
oynayacaq.Bu işdə bizə ayrı-ayrı ölkələrin milli olimpiya komitələrindən böyük
dəstək gəlir”.
EOC prezidenti onu da deyib ki, Avropa Oyunları Olimpiada
keçirmək istəyən şəhərə bir tramplin ola bilər. Əminəm ki, bu şəhər
olimpiadalara namizədliyini verərkən, çox yaxşı mövqedə olacaq. Avropa
Oyunlarını keçirən şəhər Yay Olimpiya Oyunlarını təşkil etməyə çox böyük namizəd
olur. Çünki artıq infrastruktur, təcrübə var”.
II Avropa Oyunlarına gəldikdə, Hikki bildirib ki, hazırda 6 şəhərlə
danışıqlar aparılır: "Oyunlar 2019-cu ildə keçiriləcək. Biz 8 il əvvəl bu
ideyanı düşünəndə demişdik ki, innovativ olmalı, Olimpiya Oyunları formatını tətbiq
etməməliyik. Avropa Oyunlarını daha çox maraqlı olan ölkələrdə keçirməyi
düşünürük”.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək
keçiriləcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |