
Fransa "Lans"ının prezidenti Jerve Martel klubun
sahibi Hafiz Məmmədovun gecikən ödəmələri ilə bağlı açıqlama yayıb.
Sportnet.az-ın məlumatına görə, klubun saytılnda yerləşdirilən bəyanatda Martel
ötən gün Azərbaycanın hökumət rəsmiləri ilə I Avropa Oyunlarının təqdimat
mərasimində görüşdüyünü bildirib.
O deyib ki, gənclər və idman naziri Azad Rəhimov poroblemin
həllində kömək etmək istədiklərini söyləyib. Bu isə klub prezidentinə iyundan
davam edən maddi sıxıntı ilə bağlı son nöqtəni növbəti görüşədək qoyacaqlarına
dair inam yaradıb. Ona görə də "Lans" DNCG-yə (İdarəetməyə Nəzarət
üzrə Milli Direktorat) müraciət edərək, bu günə təyin olunan dinləmələri təxirə
salmağı xahiş edib.
Qeyd edək ki, Hafiz Məmmədovun 2,5 milyon avro məbləğində
ödənişi gecikdirməsi səbəbindən "Lans"a transfer qadağası qoyulub.