
Bu gün
voleybolçu qadınlar arasında Azərbaycan Superliqasının V turu start götürüb.
Sportnet.az-ın məlumatına görə, bu günkü qarşılaşmada autsayderlər mübarizəyə
qoşulub.
Turnir
cədvəlinin son pillələrində qərarlaşan "Azərreyl” və "Telekom” Voleybol
Mərkəzində münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşə kimi hər iki
komanda qələbəyə həsrət idi.
Oyuna daha inamlı başlayan "Telekom" ilk iki setdə qələbə qazandı. Lakin sonrakı setlərdə üstünlüyü "Azərreyl" komandasına verdilər. Nəticədə matçın qalibi tay-brekdə məlum oldu. "Telekom" bu setdə üstün oynayaraq ilk qələbəsini qazanmış oldu. "Azərreyl" isə ilk xalını qazandı.
Azərbaycan Superliqsı
V tur
17:00. "Azərreyl” – "Telekom” - 2:3 (20:25; 25:27; 25:23; 25:18; 11:15)
Voleybol
Mərkəzi.
Komandalar |
O |
Q |
M |
S-F |
X |
"Lokomotiv” |
4 |
4 |
0 |
12-6 |
10 |
"Azəryol” |
3 |
2 |
1 |
8-3 |
7 |
"Rabitə” |
3 |
2 |
1 |
8-3 |
7 |
"Telekom” |
4 |
1 |
3 |
4-11 |
2 |
"Azərreyl” |
4 |
0 |
4 |
3-12 |
1 |
Qeyd edək ki, turun növbəti qarşılaşması noyabrın 30-da "Rabitə" və "Azəryol" klubları arasında keçiriləcək.