Türkiyə PTT 1-ci liqasında XII turun
oyunları başa çatıb. Sportnet.az-ın məlumatına görə, turun son oyununda millimizin
üzvlərindən Ufuk Budak və Vaqif Cavadovun şərəfini qoruduğu "Qaziantep BB” qələbə
qazanıb.
"Adana Dəmirspor”la qarşılaşmada təmsilçilərimizdən Ufuk Budak start heyətində meydana çıxıb və 90 dəqiqə oyunda olub. Vaqif Cavadov isə 80-ci dəqiqədə Vardarın yerinə meydana daxil olub. 2-ci dəqiqədə hesabda önə keçən komanda sonda qələbəni bayram edib. Bu nəticədən sonra xallarının sayını 14-ə yüksəldən "Qaziantep BB” 11-ci pilləyə yüksəlib.