
Türkiyə Super Liqasının XII turu çərçivəsində "Trabzonspor"
matçda zədələnən "Beşiktaş"ın ulduz futbolçu Demba Ba tibbi
müayinədən keçib. Sportnet.az-ın məlumatına
görə, seneqallı
futbolçunun zədəsi ciddidi.
Belə ki, 29 yaşlı hücumçunun sağ ayaq barmağında qırıq aşkar
olunub. O, ən az 20 gün yaşıl meydanlardan uzaq qalacaq. Banın ən yaxşı halda dekabrın
28-də "Konyaspor”la keçirilən oyunda komandasına kömək edə biləcəyi deyilir.
Qeyd edək ki, bu yay İngiltərə nəhəngi "Çelsi”dən transfer edilən forvard "ağ-qaralar”ın heyətində uğurlu çıxışı ilə seçilir.