
Millimizin sabiq müdafiəçisi Rail Məlikov "Dənizlispor”la yollarını ayırıb. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Məlikovun avqust ayında imzaladığı 1 illik müqavilə ləğv edilib.
Müqaviləyə xitam
verilməsində futboloçunun intizamsız davranması əsas rol oynayıb. Belə ki, milli
komandalara görə çempionatda fasilə yaranan zaman Rail komandasının
düşərgəsinə gec qoşulub. Bunun cəzası olaraq Məlikov əvəzedici komandaya
göndərilmişdi. Bundan əlavə onun bir neçə dəfə baş məşqçi Özcan Bizati ilə mübahisə etdiyi bildirilir.
Rəhbərliyin devrə arasında Rail Məlikovla müqavilənin ləğv edəcəyi bildirilir.