
Azərbaycanın təcrübəli hakimlərindən olan Anar Salmanov FİFA referiliyindən kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, uzun müddətdir Topaz Premyer Liqasında oyunlara təyinat almayan referini FİFA da gözdən çıxarıb.
Salmanovu siyahıda Orxan Məmmədov əvəzləyib. Gənc referi 3-cü qrupda yer alıb. Məmmədov əvvəllər FİFA laysmanı olsa da, baş hakim qismində ilk dəfə beynəlxalq dərəcə alıb.
Qeyd edək ki, digər baş hakimlərimizdən Əliyar Ağayev 2-ci, Rəhim Həsənov 3-cü qrupda mövqeyini qoruyub. Anar Salmanov da 2-ci qrupda yer alırdı.