
Almaniyanın "Ayntraxt" klubu yeni transferi Emil Balayevlə imzaladığı müqavilənin müddətini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, Frankfurt təmsilçisi azərbaycanlı qolkiperlə 1,5 illiyinə müqavilə imzalayıb.
Lakin gənc qapıçı özünü doğruldacağı təqdirdə E.Balayevlə müqavilənin müddəti daha 2 illiyinə uzadılacaq.
Qeyd edək ki, noyabrın 26-dan dekabrın 12-nə kimi "Ayntraxt”ın düşərgəsində baxışda olan 20 yaşlı qapıçı məşqçilər korpusu tərəfindən bəyənilib.