Bu gün voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu CEV Kubokunun 1/8 final mərhələsinin cavab görüşünə çıxacaq. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Serbiyanın "Srvena Zvezda" komandasını qəbul edəcək.
Bakı Voleybol Mərkəzində keçiriləcək matç saat 18:00-da başlanacaq. Oyunu Bolqarıyadan olan referi Janik Tomaş və rumıniyalı Foru Oana Kristina idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk görüş 3:0 hesabı ilə həmyerlilərimizin xeyrinə başa çatıb.
1/8 final
17 dekabr
"Lokomotiv" (Bakı, Azərbaycan) - "Srvena Zvezda" (Beoqrad, Serbiya) 3:1 (25:22, 25:20; 23:25; 25:23)