
Rusiyanın "Lokomotiv” klubunun sabiq yarımmüdafiəçisi Dmitri Loskov futbolçu karyerasını bitirib. Sportnet.az "sport-ekspress.ru”ya istinadən xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.
O, klubun azarkeşləri ilə görüşdə bu barədə danışıb. Bildirib ki, artıq karyerasını başa vurub: "Artıq karyeramı başa vurmuşam. Mən də futbolçu karyeramı bitirmək istəməzdim. Amma yaş öz sözünü deyir. Bəlkə başqa hansısa şəhərdə futbol oynaya bilərəm. Lakin Moskvada qalmaq istəmirəm. Hazırda isə başım ailəmə qarışıb. Daha çox onlara vaxt ayırıram”.
Qeyd edək
ki, Losko futbolçu karyerası ərzində "Rostselmas” , "Saturn” və "Lokomotiv”də
çıxış edib. Ümumilikdə o, ölkə çempionatında 448 matçda meydana çıxıb.
Karyerası ərzində 3 dəfə Rusiya Kubokunu qazanıb. O, 25 dəfə milli komandanın
formasını geyinib və 2 qolun müəllifi olub.