Rusiyanın
"Mordoviya” klubunun baş məşqçisi Yuri Syomin sabiq futbolçusu Marat İzmaylov
haqqında fikirlərini bölüşüb. Sportnet.az xəbər verir ki, Syominin "Qəbələ”də rəhbərliyi
altında oynamış yarımmüdafiəçiyə təriflər yağdırıb:
"Krasnodar” rəhbərliyi Marat İzmaylovu "Qəbələ”də gördü və bəyəndir. Ona inandılar. Marat peşəkar futbolçudu. Heç vaxt yalandan zədələndim deməz. Onun zədəsi həqiqətən varsa, oynamayacaq. Əks-halda həmişə meydanda olacaq. Düzdü, o çempionat ərzində bütün oyunlarda meydanda olmur. Amma 70 faiz matçlarda çıxış edir. Bu da onun yaşında futbolçu üçün normalı. İzmaylov "Krasnodar”da yaxşı çıxış edir. Milli komandada oynaya bilərmi? Əlbəttə. Bu gün onun gücü varsa, Fabio Kapello bundan istifadə etməlidir”.