İspaniyanın "Qranada” klubunun futbolçusu Eddi İsrafilov Azərbaycan millisində oynamağa razılıq verib. AFFA-nın baş katibi Elxan Məmmədovla yarımmüdafiəçin valideynləri və meneceri arasında keçirilən bugünkü görüş müsbət nəticələnib.
Millimizin baş məşqçisi Robert Prosineçki İsrafilovu nə vaxt yığmaya dəvət etsə, o zaman futbolçu komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, anası azərbaycanlı, atası isə anqolalı olan 22 yaşlı Eddi İsrafilov müqavilə ilə İspaniyanın "Mursiya” klubuna məxsusdur. O, hazırda icarə qaydasında La Liqada mübarizə aparan "Qranada”da çıxış edir. Bundan öncə AFFA rəsmi səviyyədə bildirmişdi ki, Eddi İsrafilov Azərbaycan millisində oynamaq üçün bir milyon dollar tələb edib (Qol.az).