"Qarşıda bizi məsul oyunlar gozləyir. Komandamız üzərinə düşən məsuliyyəti dərk edir. Qarşımıza qoyulan məqsəd ilin seçmə mərhələdə əldə etdiyimiz uğurun davamının gətirilməsidir. Futbolçularımız da, məşqçi heyəti də bunu istəyir". Sportnet.az-ın məlumatına görə, bunu affa.az saytına açıqlamasında 7 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev deyib.
O, oyunlara səylə hazırlaşdıqlarını, uğur qazanılacağı təqdirdə futbolçuların daha çox inkişaf edəcəyini, xarici klubların diqqət mərkəzinə düşəcəklərini söyləyib: "Çox istərdim ki, futbolçularımız xaricdə oynasınlar. Məşqlərlə yanaşı, oyunçularımızın təhsilini də diqqət mərkəzində saxlayırıq. Futbolçularımız toplanış müddətində həm də ingilis dilini öyrənirlər. Hər hansı xarici dil bilən futbolçunun ölkə xaricində oynaması daha rahat olur. Daha çox azərbaycanlı futbolçunun legioner həyatı yaşamasının tərəfdarıyq və bunun üçün çalışırıq”.