Argentina millisinin sabiq oyunçusu Xuan Roman Rikelme futbolçu karyerasını başa vurub. Sportnet.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçinin son klubu Buenos-Ayresi təmsil edən "Arxentinos Xuniors" olub.
Futbolçu karyerası ərzində İspaniyanın "Vilyareal" (2003-2007) və "Barselona" (2002-2003) klublarında top qovub. Argentinanın "Boka Xuniors" (2008-2014) komandasının heyətində 5 dəfə ölkə çempionu və 3 dəfə Libertadores Kubokunun qalibi olub.
Rikelme 2000, 2001, 2008 və 2011-ci ildə Argentinada ilin ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Xuan Roman Rikelme milli forması ilə 51 dəfə meydana çıxıb və 17 qol vurub.