Hazırda Rusiyanın "Krasnodar" klubunda icarə əsasında çıxış edən Marat İzmaylovun gələcək taleyinə mövsümün sonlarında aydınlıq gələcək. Sportnet.az-ın məlumatına görə, bu barədə 32 yaşlı yarımmüdafiəçinin özü "Sport-Ekspress"ə açıqlama verib.
Müqavilə ilə Portuqaliya "Portu"suna məxsus İzmaylov bildirib ki, "Krasnodar"da qalıb-qalmaması bir çox amildən asılı olacaq: "Ola bilsin, qaldım. Amma getmə ehtimalı da var. Bu məsələyə mövsümün sonunda aydınlıq gələcək. Mənim üçün müqavilə və ya icarə əsasında çıxış etməyin fərqi yoxdur".
Qeyd edək ki, Marat İzmaylov bu mövsüm "Krasnodar"da 12 oyuna 1 qol vurub. Ötən mövsümün ikinci yarısında isə o, "Qəbələ"də çıxış edib.