
Almaniyanın II Bundesliqasında çıxış edən "Union Berlin" klubu onkoloji xəstəlikdən əziyyət çəkən futbolçu Bencamin Kölerlə yeni müqavilə bağlayıb. Sportnet.az-ın məlumatına görə, mədəsində bədxassəli şiş aşkarlanan 25 yaşlı yarımmüdafiəçi ilə mövcud anlaşma 2015-ci ilin yayında bitirdi. 
Yeni sövdələşmə isə 2016-cı ilin yayınadək nəzərdə tutulub. 
Qeyd edək ki, Bencamin Köler "Union Berlin"də keçirdiyi 2 mövsüm ərzində 49 oyuna 6 qol vurub.









                 





    
    
    
    
    
    
    
    






















































